AZƏrbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu dиlчиlиk иnstиtutunun яsяrlяrи «Елм вя тящсил»



страница7/13
Дата01.05.2016
Размер1.55 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   13

E. Ə.ŞÜKÜRLÜ
BALIK” TOPOFORMANTI VƏ BU SÖZLƏ DÜZƏLƏN

TÜRK ŞƏHƏR ADLARI

(Toğu Balık, Bеsbаlık toponimləri əsasında)
Açar sözlər: balık, şəhər, türk, yazılı abidələr

Ключевые слова: балык, город, турецкий, письменные памятники

Key words: balik, city, Turkish, monuments

I. GİRİŞ

İstənilən dildə mövcud olan xüsusi adları dəyişməz, sabit bir kateqoriya kimi qəbul etmək olmaz. Adlardan bəziləri aktiv istifadədən çıxaraq yox olduqları halda, digərləri yeni yaranır. Məsələ burasındadır ki, müxtəlif zamanlarda insanların onomastikləşdirdiyi əşyalar və anlayışlar, yəni qavramlar müxtəlif cəhətdən dəyişikliyə uğramışdır. Belə ki, sivilizasiyanın inkişafının aşağı səviyyəsindəki insanların dünyagörüşünə diqqət yetirdiyimiz zaman onların canlı və ya cansız əşyalar arasında ciddi sərhəd qoymadıqlarının şahidi oluruq.

Bildiyimiz kimi, digər sözlər və anlayışlardan fərqləndirilərək xüsusiləşdirilən adlar müəyyən onomastik sahəyə daxil olur. Onomastik sahə bu və ya digər xalqın dilində istifadə olunan və real hipotetik və fantastik obyektlərin adlandırılmasına xidmət edən xüsusi adlar toplusudur (14, səh. 9). Buna görə də məişətdə istifadə olunan onomastik vahidləri real və fantastik-mifik olaraq iki hissəyə ayırmaq olar. Real onomastik vahidlər bütün xalqların dilində demək olar ki, müəyyən mənada fərqlənmədiyi halda fantastik onomastik vahidlər hər bir xalqın mifoloji dünyagörüşü ilə sıx əlaqədardır. Teonimiya, demonimiya və mifonimiyanın analizi humanitar elmlərin, eləcə də linqvistik tədqiqat üçün geniş qiymətli material verə bilər. Belə ki, bu sözlərin çoxu məhz qədim dövrlərdən qalmış formalardır (14, səh. 15).

Onomastika insan təxəyyülünün məhsuludur. Burada hər-hansı bir mənəvi dəyərin qabardılması, bənzətmə və insanların gələcəklə bağlı arzusu, istəyi mühüm rol oynayır. Burada konkret ərazilərin adlandırılmasında sabit qaydalar olmasa da, müəyyən qanunauyğunluqlar mövcud olmuşdur. Məsələn, eyni sinifdən olan müxtəlif obyektlər yerləşim, linqvistik əhatə dairəsi və işlənmə sahəsi baxımından müxtəlif adlara malik ola bilər. Müxtəlif ərazilərdə yerləşən çaylar, dağlar, düzənliklər fərqli fonetik tərkibə malik olan adlara malik olur. Lakin coğrafi baxımdan eyni məkanda yerləşən müxtəlif kateqoriyaya daxil olan onomastik vahidlər bəzən eyni və ya yaxın ada sahib olur. Məsələn, Qafqaz sıra dağları silsiləsinə daxil olan Kazbek dağının adına uyğun olaraq Şimali Qafqazda rast gəlinən Kazbek şəxs adına və Kazbek çay adına rast gəlirik. Biz buna müxtəlif dillərin onomastik sahələri ilə yanaşı qədim türk yazılı abidələrin dilində də rast gəlirik.

Qədim türk yazılı abidələrində yer adları müxtəlif formalarda yaranmışdır. Bunlardan biri də balık topoformantı ilə yaranan şəhər adlarıdır. Bu məqalədə balık topoformantının etimiloji xüsusiyyətləri, eləcə də bu sözlə yaranan toponimlərin bəziləri analiz edilmişdir.
II. BALIK topoformantının etimologiyası və bu söz ilə düzələn yer adlarının

müxtəlif mənbələrdə əks olunması

Bu leksik vahid vasitəsilə yaranan toponimlər coğrafi xüsusiyyət daşıyan ən qədim sözlərdən biridir (10, səh.161). V.V.Bartold bu topoformantın türk-monqol sözü olduğunu və şəhər mənası ifadə etdiyini bildirir (1, səh. 492). Lakin müəllifin bu sözü eyni zamanda monqol sözü kimi də qeyd etməsinin səbəbi aydın deyil. Belə ki, bu sözün sırf türk sözü olduğuna heç bir şübhə yoxdur. Ola bilsin ki, akad. V.V.Bartold bu sözün sonradan monqol dilinə keçdiyini qeyd etmək istəmişdir. Çünki, elə həmin mənbədə müəllif bu sözü bu dəfə qədim türk sözü adlandırır: “şəhər mənasını ifadə edən balık və onun omonimi olan balıq sözü də ən qədim türk sözlərindən biridir və bütün türk dillərində rast gəlinir”(1, səh. 492).



Balık topoformantı ilə yaranan və müxtəlif coğrafi ərazilərdə və mənbələrdə adı çəkilən toponimlərə nəzər salaq:

  1. Bizans mənbələrində Karipaluk (kari+paluk) şəhərinin adı keçməkdədir ki, bu da türk dilində “balıqlar şəhəri” deməkdir (15, səh. 10-12).

  2. Çin şəhəri Beijing – Pekini də Xan-balık adlandırmışlar (7, səh. 26).

  3. Monqolustanda Toğu-balık (9, səh.104) toponiminə rast gəlinir.

  4. Yeddi çay arasında Çiqil-balık adında yer adına rast gəlinir (2, səh. 145).

  5. Dun-Xuanda Min Budda mağarasından tapılmış VIII əsrə aid Tibet yazılı abidəsində Şu-balık qəsrinin adı çəkilir. Bu mağarada “türklərin tanrısı” Yol-Täηriyə sitayiş olunurdu (5, səh. 98).

  6. Uyğur kağanlığı dönəmində (VIII-IX əsrlər) Orxon və Selengə çayları vadisində Ordu-balık (Kara Balasaqun) və Baybalık şəhərlərinin əsası qoyulmuşdur (17, səh. 324).

  7. Şərqi Türküstanda orta əsrlərdə Yiqaç-balık şəhəri olmuşdur (4, səh. 104).

  8. Uyğur sənədlərində Balik kan oqri toponiminin adı çəkilir (16, 244).

  9. Xəzərlərin şəhərlərindən birinin adı əl-Mədinə əl-Bayda Hab-balık adını daşımışdır (8, səh. 144).

Balık sözünün etimoloji qatlarına nəzər salmazdan öncə bu sözün lüğətlərdə nə şəkildə əks olunduğuna nəzər salaq:

Balık 1. Palçıq/gil

2. divar və ya divarla əhatə olunmuş şəhər

3. qala, istehkam

4. şəhər

5. şəhər kənarı

6. balıq

Balık sözünün quruluşuna nəzər saldıqda, eyni zamanda türk dillərində sözlərin formalaşma mexanizmini göz önünə alaraq bu sözün iki morfemdən – bal morfemindən, eyni zamanda adlardan və fellərdən ad düzəldən +ık morfemindən yarandığını söyləməyə əsas verir. Balık sözünün yuxarıda göstərilmiş mənaları, onların eyni semantik kökdən qaynaqlandığını göstərir. Etimoloji lüğətlərdən aldığımız məlumatlar da bunu deməyə əsas verir ki, həm qədim türk yazılı abidələrində, həm də müasir dilimizdə müxtəlif mənalarda işlənən balık sözünün əsasında bal morfemi dayanmaqdadır. Belə ki, qədim türk dilində bal məna etibarilə durğun, palçıqlı su mənasını bildirir. Buna görə də müasir dilimizdə geniş şəkildə işlənən və ərzaq mənasını bildirən bal sözünun, qəribə də olsa məhz vizual baxımdan oxşarlığa görə buradan götürüldüyünü təxmin etmək olar.

Lakin, eyni zamanda türkologiyada bal sözünün Hind-Avropa dillərindən olan alınmış söz olduğu haqqındq fikirlər də səslənmişdir. Bu sözün qədim yunan dilindən alınmış olduğu və m səsinin b səsinə keçdiyi qeyd edilməkdədir (13, səh. 47). Həm də bu söz türk dillərində m səsinin söz başında işlənməsinin qəbuledilməz olduğu bir dövrdə dilimizə keçdiyi qeyd edilmişdir (6, səh. 330a). Deyilənləri nəzərə alaraq həm bal, həm də balık sözünün eyni kökdən qaynaqlandığını söyləmək olar.

Şəhər adını düzəldən topoformant olaraq istifadə olunmuş balık sözünün, eləcə də qədim türk yazılı abidələrinin ətrafında tapılmış gil heykəllərin bal-bal adının əsasında palçıq-gil mənasını bildirən balık ismi dayanır. Təsadüfi deyil ki, balık sözünün özünə də biz palçıq/gil, palçıqdan və ya gildən tikilmiş divar mənasında işləndiyinə rast gəlirik. Lakin balık sözü qədim türk dilinə ilk növbədə şəhər mənasını ifadə etmişdir (12, səh. 1495).

Qədim türk dilində yaşayış məntəqəsini bildirmək üçün bir sıra terminlərdən istifadə olunmuşdur ki, bunlardan daha sıx rast gələnlər bunlardır: balık, ordu, kent, kurqan, qışlak/kışlak, kapuq, tura və s. Qədim türk yazılı abidələrinin dilində daha çox istifadə olunan bu topoformantlardan daha çox istifadə olunanalardan biri də əlbəttə ki, balık sözüdür. Əski türk dilində bu sözə palçıq, qala, şəhər, yaralanmaq balıq mənasında rast gəlinir (3, səh. 80).

Ümumiyyətlə, balık komponentli yer adlarına Orxon-Yenisey abidələrində də rast gəlirik. Bu fakt həmin yer adlarının tarixiliyini göstərməklə yanaşı, geniş və müxtəlif adlar adı altında yayıldığını da göstərir. Məsələn, Beşbalık yer adına Bilgə xaqan, Kül Çor və ya ihe-Huşotu abidələrində; Baybalık yer adına Şine-Usu və ya Moyun Çor abidəsində; Toğu balık yer adına Kül tiqin və Bilgə xaqan abidələrində; Koçu balıkSüğçu balık yer adlarına IV uyğur əlyazmalarında rast gəlirik. Bu çoxsaylı qədim türk şəhərlərindən bəziləri ilə yaxından tanış olaq.
III. TOĞU BALIK yer adı haqqında

Tоğu Bаlık – Türk qəbilələrinin məskən sаldıqlаrı, Tola çayının sahillərində qədim şəhərin аdıdır (11, səh. 391). Оlsun ki, şərq mənаsını bildirən tоğsık və şəhər mənаsını ifаdə еdən bаlık sözünün birləşməsindən törəmişdir. Аncаq tоğsık sözünün -sık şəkilçisi iхtisаrа düşdüyünə görə tоğubаlık söz birləşməsi şəklində birləşərək bir vurğulu lеksik vаhidə çеvrilmişdir.

Köktürk аbidələrində bu şəhər аdı həm bitişik, həm də аyrılıqdа Tоğа şəklindədir. Аyrılıqdа işlədilən və аrха dаmаq аhənginə tаbе оlаn Tоğа sözünün «t» sаmit səsi Köktürk ədəbi dilinin imlа qаydаsınа uyğun оlаrаq incə qаrşılığı оlаn qаlın T hərfi ilə yаzılmışdır. Bunu həmişə qаlın tələffüz оlunаn sözlərin tərkibində işlədilmiş оlаn «ğ» sаmit səsini ifаdə еdən G hərfi hаqqındа dа söyləmək оlаr. Sözün birinci hеcаsındа «t» sаmit səsindən sоnrа gələn «о» sаit səsi, аdətən, yаzılmışdır. İkinci hеcаsının sоnundа gəldiyinə görə «а» sаit səsi də, аdətən, yаzılmışdır:

mdşğüs:aDQLB:oGoT:iklığ

Äŋ ilki Toğı balıkda söŋüşdim

Ən ilki Toğu Balıkda vuruşdum



(KTb. 30)

Bаlık sözü ilə bitişik hаldа işlədilmiş оlаn Tоğubаlık (Tоğu şəhəri) şəhər аdı birinci tərkib hissəsinin sоnundа «а» səsi dеyil, «u» sаit səsi yаzılmışdır. Bundаn əlаvə, Tоğubаlık şəhər аdının tərkib hissələri bir yеrdə bitişik, bаşqа yеrdə аyrı yаzılmışdır. Bu isə həmin tоpоnimik vаhidin imlаsının VIII yüzildə hələ sаbitləş­mə­di­yi­ni göstərir:

zmdşğüs:aDQLB:oGoT:klığ

Än ilk(i) Tоğu balıkda süŋ(ü)şd(i)m(i)z

Ən əvvəl Toğu şəhərində vuruşduq


IV. BЕSBАLIK yer adı haqqında

Bеs bаlık–Türk хаlqlаrı tаriхində аdı tеz-tеz çəkilən qədim Türk şəhərinin аdıdır. Adı M.Kaşğarinin əsərində də çəkilir, indiki Urumçi şəhərinin (Çinin qərbində, Uyğurustanda) yerində olmuşdur, nə vaxt salındığı məlum deyil, lakin VII əsrdən başlayaraq türklərin həyatında mühüm rol oynamışdır (11, səh. 389). Besbalık “Beş şəhər” deməkdir. Çin Xalq Respublikasında Sincan Uyğur Muxtar Bölgəsinin şimal-şərqində, Sançi Hui Muxtar Vilayətinin Jimisar rayonunda xarabalıq bir şəhərdir. Besbalık şəhərinin qalıqları 1988-ci ildən Çin Xalq Respublikasının qoruq siyahısına alınmışdır (19).

Bu şəhər аdı bеs (bеş) miqdаr sаyının şəhər mənаsını bildirən bаlık sözü ilə birləşməsindən törəmişdir. Tədqi­qа­tа cəlb оlunаn dörd Köktürk yаzılı qаynаqlаrı sırаsındа Bеsbаlık yеr аdınа yаlnız Bilgə kаğаn аbidəsində təsаdüf оlunur. Bu yеr аdı­nın birinci tərkib hissəsinin ön dаmаqdа, ikinci tərkib hissəsinin isə аrха dаmаqdа tələffüz оlunmаsı оnlаrın bir yеrdə birləşərək bir vur­ğu аltındа qаynаyıb qаrışmаsınа mаnе оlmаmışdır. Bеləliklə, Bеsbа­lık tоpоniminin birinci tərkib hissəsini təşkil еdən “b, s” sаmit səsləri əski imlа qаydаsının tələbinə uyğun оlаrаq qаlın qаrşılığı оlаn incə b (b) və s(s) hərfləri ilə, ikinci tərkib hissəsinin (bаlık sözünün) “b, l” sаmit səsləri isə incə qаrşılığı оlаn qаlın B (b), L (l) və həmişə qаlın tələffüz оlunаn “ќ” sаmit səsi üçbucаq şəkilli Q və ya ox şəkili O hərfi ilə yаzılmışdır. Sözün ön dаmаqаdа tələffüz оlunаn hissəsinin “е” sаit səsi imlа qаydаsınа uyğun оlаrаq yаzılmаmışdır. Lаkin incə b (b), (s) hərflərinin yаrdımı ilə həmin sаit səsi bərpа еtmək mümkün оlmuş (və mümkündür). Sözün аrха dаmаqdа tələffüz оlunаn bаlık tərkib hissəsinin də “а” sаit səsi həmin imlа qаydаsınа görə yаzılmаmışdır, ikinci hеcаsındа yеr аlаn “ı” sаit səsi yаzılmаlı оlduğu hаldа, tаriхi-ənənəvi prinsipin tələbinə görə, görünür, həmişə əski ənənəyə üyğun оlаrаq yаzılmаmışdır:

QLBsb:b(е)sb(а)l(ı)k (BK. 28)

Küli-çur аbidəsində Bеsbаlık yеr аdının sоnundа gələn “ќ” sаmit səsi üçbucаqlı Q hərfi ilə dеyil, оха bənzəyən O hərfi ilə yаzılmışıdır:

OLBsb:b(е)sb(а)l(ı)k (KÇ. 11)


V. NƏTİCƏ

Qədim türk yazılı abidələrindəki məlumatlara istinad edərək qeyd etmək olar ki, türklər tarix boyu müxtəlif formalı toponimlər yaratmışlar. Bu toponimlərin bir qismi sadə sözdən ibarət olduğu halda, digər qismi müxtəlif sözlərin birləşməsi nəticəsində mürəkkəb söz yaratmışdır. Mürəkkəb yer adını formalaşdıran topoformantların bir qismi arxaikləşərək dilimizdən çıxdığı halda, digər qismi hələ də müasir türk dillərində rast gəlinir. Şəhər adlarının formalsşdırılmasında geniş şəkildə istifadə olunan belə topoformantlardan biri də balık sözüdür. Bu söz üzərində aparılan araşdırmaların nəticəsi olaraq bizə aşağıdakı müddəaları irəli sürməyə əsas verir:



  1. Türklər şəhər adlarının yaradılmasında balık topoformantından geniş istifadə etmişlər;

  2. Bu sözə həm qədim türk yazılı abidələrində, həm də müasir türk dillərinin onomastikasında geniş rast gəlinir;

  3. Balık sözünün əsasını təşkil bal morfemi türk dillərinə Hind-Avropa dillərindən keçmiş olması ilə də baqlı fikirlər mövcuddur;

  4. Balık sözü qədim türk mənbələrində palçıq, divar, divarla əhatə olunmuş şəhər və nəhayət şəhər mənasında işlənmişdir.


VI. Ədəbiyyat

  1. В.В.Бартольд. Сочинения. Изд. «Наука», М., 1968.

  2. Древнетюркский словарь. Изд. «Наука», Ленинград, 1969.

  3. Kaşğari M. DLT, Tərcümə edən Besim Atalay, IV, səh. 5; ДТС, Л. 1969.

  4. ал-Карши, Джамал. Ал-Мулхакат би-с-сурах. Введение, перевод с арабско-персидского, комментарии, текст, факсимиле Ш.Х.Вохидова, Б.Б.Аминова / История Казахстана в персидских источниках. Т. 1. Алматы: Дайк-Пресс, 2005.

  5. Кляшторный С.Г. Из древнетюркского пантеона // Письменные памятники и проблемы истории культуры народов Востока. XV годичная научная сессия ЛО ИВ АН СССР (доклады и cообщения). Часть1 (1). М., 1981.

  6. Clauson G. An Etymological Dictionary of Pre-thirteenth-century Turkish. Oxford, 1972.

  7. Leslie D.D. The Identification of Chinese cities in Arabic and Persian sources, in: Papers on Far Eastern history, 26, September, 1982.

  8. Minorsky V. The Khazars and the Turks in the Akam al-Marjan, in: BSOS, vol. 9: 1937.

  9. Малов СЕ. Памятники древнетюркской письменности Монголии и Киргизии. М.-Л., 1959.

  10. Молла-заде С.М. Топонимия северных районов Азербайджана. Баку, 1979.

  11. Rəcəbli Ə.Ə. Qədim türk yazısı abidələri, II c. Göytürk yazısı abidələri, II hissə, Bakı, “Nurlan”, 2009.

  12. Радлов В.В. Опыт словаря тюркских наречий, т. IV, часть II, Санкт-Петербург, 1911.

  13. Севортян Э.В. Этимологический словарь тюркских языков. М., Изд. «Наука», 1978.

  14. Суперанская А.В., Сталтмане В.Э., Подольская Н.В. Султанова А.Х. Теория и методика ономастических исследований. М., 1986.

  15. Трубачев О.Н. О семантической теории в этимологическом словаре. Проблемы омонимов подлинных и ложных и семантическая типология // Теория и практика этимологических исследований. М.: Наука, 1985.

  16. Тугушева Л.Ю. Ярлыки уйгурских князей из рукописного собрания ЛО ИВ АН СССР // ТС, 1971. М., 1972.

  17. Хазанов А.М. Кочевники и города в Евразийском степном регионе и соседних странах // Урбанизация и номадизм в Центральной Азии: история и проблемы / Материалы международной конференции. Алматы, 2004.

  18. Şükürlü Ə.C. Qədim türk yazılı abidələrinin dili. Bakı, 1993.

  19. http://tr.wikipedia.org/wiki/Besbalık


Резюме

Слово балык, которое использовалось в древнетюркских памятниках используется и в настоящее время в современных тюркских языках в качестве топоформанта. Слово балык встречается в словарях в следующих значениях: грязь или глина, стена построенная из глины, город окруженная стеной и в значении город. В значении города топоформант балык широко использовался в древнетюркских письменных памятниках.



Summary

The word “balik” which has been used in old Turkish monuments is being applied nowadays in the role of the place names in modern Turkish languages. The word “balik” is introduced in dictionaries in the following meanings: mud or clay, the wall built with clay, city surround with wall and city. The word “balik” is widely applied in the meaning of “city” in old Turkish monuments.



Y.M. CƏFƏROV
YENİ ONOMASTİK VAHİDLƏR - DOMEN ADLARI
Açar sözlər: domen, domen adları sistemi, inzibatçı, qeydiyyatçı, reqistrant, kiberskvotter, taypskvottinq.
Məqalə domen adlarının linqvistik tədqiqi məsələlərinə həsr edilmişdir. Bu dil vahidlərinin xüsusi adlarla oxşar və fərqli cəhətləri nəzərdən keçirilmişdir. Domen adlarının da onomastik vahidlər olduğu elmi baxımdan əsaslandırılmışdır. Eyni zamanda domen adlarının yaradılması prinsipləri, qeydiyyatı, qorunması, alqı-satqısı və s. məsələlərlə bağlı geniş məlumat verilmişdir.
1969-cu ildə ABŞ-da hərbi təmayüllü dövlət layihəsi kimi meydana çıxan İnternet, qısa bir dövr ərzində öz ilkin təyinatından uzaqlaşaraq, qlobal informasiya-kommunikasiya sisteminə, ümumbəşəri sərvətə, əsrlərdən bəri həllini gözləyən problemlərin həlli vasitəsinə çevrilmiş, maddi aləmə paralel bir dünyanın - virtual aləmin yaranmasına səbəb olmuşdur. Qısa müddət ərzində keçdiyi sürətli inkişaf yolunun təzadlarına, doğurduğu siyasi, ideoloji qarşıdurmalara, mühafizəkar düşüncə tərzinin, mental dəyərlərin itirilmə qorxusuna rəğmən, İnternet getdikcə daha böyük sürətlə insanların gündəlik həyatına nüfuz etməkdədir. Bu mənada, İnterneti bəşər tarixində analoqu olmayan, heç bir vasitə ilə müqayisəyə gəlməyən, inkişaf perspektivlərinin, təsirlərinin, yaratdığı imkan və təhlükələrin dəqiq proqnozlaşdırılması mümkün olmayan qeyri-adi bir fenomen kimi qiymətləndirənlər öz mövqelərində tam haqlıdırlar.

Son illər İnternetin və ümumilikdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı sahəsində əldə edilən misilsiz nailiyyətlər müxtəlif elm sahələrində inkişaf perspektivlərini artırmaqdadır. Bu nailiyyətlərin tətbiqi ilə əlaqədar olaraq yeni elmi istiqamətlərin müəyyənləşməsi humanitar elmlərin də tədqiqat hüdudlarını genişləndirir. Bu baxımdan, müasir dilçilik elmində izlədiyimiz yeni meyllər xüsusilə mühüm aktuallığa malikdir.

Bu gün dünya dilçiliyində ənənəvi tədqiqat mövzuları ilə yanaşı, mətnin formal təhlili, maşın tərcüməsi, elektron lüğətçilik və s. kimi mövzulara marağın artması dövrün inkişaf məntiqindən irəli gəlir. İKT-nin inkişafı dilin cəmiyyətdə daşıdığı funksiyaları daha da artırmışdır. Bu gün dil bir işarələr sistemi olaraq təkcə insanlar arasında ən mühüm ünsiyyət vasitəsi kimi çıxış etmir, eyni zamanda insanla maşın arasında verbal əlaqəni və virtual dünyanın potensial sakini kimi hər bir insanın rəqəmli dünyadakı ünsiyyətini təmin edir. Belə bir qarşılıqlı əlaqə zaman keçdikcə saysız-hesabsız dil işarələri sırasından ən uyğun olanlarını seçməklə özünün təkmilləşmiş ünsiyyət sistemini formalaşdırır. Bu ünsiyyətin ən vacib elementlərindən biri də onomastik vahidlərdir.

Əhatəmizdəki fərdləri, coğrafi obyektləri, istehlakçısı olduğumuz məhsulları bir anlıq adsız, ünvansız təsəvvür etsək, xüsusi adların real dünyadakı rolu barədə tam qənaətə gələ bilərik. Virtual dünya real aləmin rəqəmsal modeli olduğundan virtual dünyada da heç nəyi adsız-ünvansız təsəvvür etmək mümkün deyildir. Eyni zamanda real dünya ilə müqayisədə virtual dünyada bütün münasibətlərin təkrarolunmaz, vahid, birqiymətli rəqəmlərin dili ilə reallaşması burada konkret adlar, ünvanlarla bağlı hər hansı təhrif və istisnalara yer qoymur.

Real dünyada üz tutduğumuz coğrafi məkanı toponimlərin, müraciət etməli olduğumuz şəxsi antroponimlərin, alacağımız məhsulun çeşidini, növünü ktematonimlərin və s. köməyi ilə müəyyənləşdiririk. Virtual dünyada isə bu vəzifəni, ilk növbədə, domen adları yerinə yetirir.

Məlum olduğu kimi, hər bir kompüter İnternet mühitində təkrar­olun­maz ünvana malikdir. İnternet şəbəkəsinə qoşulmuş istənilən kom­püter müəyyən rəqəmlər yığımını əks etdirən unikal kodla identifikasiya olunur. Özünün texniki mahiyyətinə görə belə kod verilən kompyüterin İP-ünvanını təşkil edir. İP-ünvan 8 rəqəmdən ibarət olur. Şəbəkə istifadəçilərinə İnternetdəki kompyuterlərin ünvanlarını İP-ünvanla ifadə edərək əməliyyat aparmaq, rəqəmləri yadda saxlamaq çətin olduğundan, bu məqsədlə domen adları sistemi (Domain Name System, DNS) yaradılmışdır. Latın dilində “sahib olma”, “malik olma” mənası verən “dominium” sözündən əmələ gəlmiş domenlər İnternet infrastrukturunun ən mühüm komponentlərindən biri sayılır {3, s. 1}.

Domen adları nöqtələrlə ayrılmış simvol sahələrindən ibarətdir, səkkiz rəqəmli ədəd əvəzinə www., müvafiq ad, .com və ya .net, .org, yaxud digər domenlər yazılır. Məsələn: www.azerbaijan.com, www.ict.az və s.

Domenlər birinci, ikinci və üçüncü səviyyəli olur. Birinci səviyyəli domenlər İnternet şəbəkəsinə üzv olan ölkələrə məxsus domenlərdir. Onlar həmin ölkələri bildirmək üçün istifadə edilən və adətən, həmin ölkələrin adlarındakı hərf birləşmələri əsasında yaradılan iki simvoldan ibarətdir. Birinci səviyyəli domenlərə «.az» domenini nümunə göstərmək olar. Bu, həmin domenin məhz Azərbaycana aid olduğunu bildirir. İnternetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyası (Internet Corporation For Assigned Names and Numbers, ICANN müəl.) 1993-cü il 25 avqust tarixində “.az” domen zonasının Azərbaycan dövlətinə verilməsi barədə qərar qəbul etmişdir.

İkinci səviyyəli domenlər, daha çox sahəvi xarakterə malik­dir. Bu domenlər əsasən, təhsil, elm, idarəetmə, məlumatlandırma və s. bu kimi konkret sahələrlə bağlı olur. .Com, .edu, .gov, .net, .info domenləri buna misal sayıla bilər. Üçüncü səviyyəli domen adları isə son illərin populyar peşə sahiblərinə çevrilmiş bloggerlərin öz bloqları üşün seçdikləri adlardan ibarətdir. Məs.: http://altaygeyushev.blogspot.com/ elminh.blogspot.com və s.

Birinci səviyyəli domenlərin idarə edilməsi ilə İCANN-ın tap­şırığı əsasında xüsusi təşkilatlar məşğul olur. İP-ünvanların pay­lanması, domen adların qeydiyyatı, eləcə də digər xüsusi məsə­lələrin yerinə yetirilməsi məqsədilə yaradılmış İCANN ABŞ höku­mə­ti qarşısında məsuliyyət daşıyır. Bu cür təşkilatlar qeyri-kom­mer­siya istiqamətini əsas götürərək İnternet ictimaiyyətinin ma­raqlarından çıxış edir.

Domen adları ən müxtəlif məqsədlərlə (informasiya müha­ri­bə­si, kommersiya və s.) qeydiyyatdan keçirilə bilər. Hər bir do­me­nin qeydiyyatı üçün müəyyən məbləğdə haqq ödənilir və domen adı­nı qeydiyyatdan keçirən şəxs bu domenə aid bütün hüquqlara malik olur.

Domen adlarının yaradılması dilçilik baxımından bir sıra prin­siplərə əsaslanır. Məlum olduğu kimi, bu onomastik vahidlər ən müxtəlif məqsədlərlə (reklam, alqı-satqı, təbliğat, maarif­lən­dir­mə, məlumatlandırma, informasiya müharibəsi və s.) yaradılır və təkcə milli arealda deyil, İnternetin köməyi ilə ümumən qlobal mə­kanda bu məqsədlərin həyata keçirilməsinə xidmət edir. Ona gö­rə də domen adlarının yaradılması zamanı aşağıdakı dil meyar­larının nəzərə alınması mühüm şərtdir: 1) Fonetik meyar: domen adı kimi seçilən söz müxtəlif dillərdə asan tələffüz edilməlidir; 2) Psixolinqvistik meyar: domen adının səslənməsi dinləyicinin şüurunda müəyyən təsviri assosiasiya doğurmalıdır; 3) Denotativ meyar: ad elə seçilməlidir ki, ifadə etdiyi predmeti çoxluqdan fərqləndirə bilsin; 4) Konnotativ meyar: domen adı kimi seçilən söz predmetin fərqli keyfiyyətini, xüsusi özəlliyini, təsir qüvvəsini nəzərə çatdırmalıdır; 5) Assosiativ meyar: domen adı kimi seçilən söz istinad etdiyi predmetlə birbaşa assosiasiya olunmalıdır və s.

Domen adları indiyə qədər dilçilik istiqaməti üzrə az tədqiq edildiyindən bu vahidlərin hansı dil səviyyəsinə aid edilməsi, onların xüsusi ad, yoxsa apelyativ kimi qəbul olunması sualı indi xeyli aktualdır.

“Linqvistik nöqteyi-nəzərdən domen adları xüsusi adlardır, onlar özünəməxsus sistem xüsusiyyətlərinə malikdir və onomastikanın xüsusi sahəsini təşkil edir. Lakin onomastik məkanda domen adlarının vəziy­yətini müəyyənləşdirmək və müxtəlif nominativ təsnifatlarda onla­rın yerini təyin etmək xeyli çətin görünür. Bu halda onomastikanın bir sahəsi kimi domen adları ilə bağlı məsələlərin kompleks şəkildə, yəni diçilik, informasiya texnologiyaları, iqtisadi və hüquqi aspektlərdə həlli zəruridir” {6.}.

Domen adları özünün xarakterik xüsusiyyətlərinə görə ümu­mi sözlərdən də, xüsusi adlardan da fərqlənir. Domen adlarının yara­dılması və işlənməsi linqvistik qanunlardan daha çox, konkret texniki normalara əsaslandığından onlar özünəməxsus quruluş tipi­nə malikdir. Bu adlar bir çox hallarda milli dil normalarından kə­na­ra çıxır. Domen adları seçilərkən, əsasən, hazır dil vahid­lərind­ən istifadə edilsə də, bu vahidin hansı milli dilə aidliyi mə­sələsində böyük sərbəstlik vardır. İstənilən dilə məxsus hansısa sö­zü, söz birləşməsini, cümləni, hətta mətni götürərək domen adı­na çevirmək mümkündür. Ümumi sözlərdən və xüsusi adlardan fərq­li olaraq domen adları heç bir mənaya malik olmaya bilər. Bu baxım­dan, domen adlarını hər hansı semantik yükü olmayan kö­məkçi nitq hissələri, numerativ və predikativ sözlər, heç bir qram­ma­tik və məntiqi əsasa söykənməyən təsadüfi hərf birləşmələri əsa­sında da yaratmaq olar.

Ümumi sözlərdən və xüsusi adlardan fərqli olaraq domen adlarında çoxvariantlılıq mümkün deyil. Eyni zamanda, müqayisə edilən dil vahidlərindən fərqli olaraq domen adları üçün rəsmilik xarakterikdir. Belə ki, bütün domen adları rəsmən qeydiyyatdan keçməlidir.

Yerinə yetirdiyi funksiya baxımından domen adlarını xüsusi ad­larla birləşdirən cəhətlər çoxdur. İlk növbədə, əgər xüsusi adlar var­lığı tək olan, yəni bir-birinin eyni olmayan əşyanın adını bil­dirir və ayrı-ayrı şəxsləri, əşyaları, hadisələri başqa şəxslərdən, əşya­lardan, hadisələrdən fərqləndirməyə xidmət edirsə, domen adları da tək olan, bir-birini təkrar etməyən virtual ünvanları bir-birin­dən fərqləndirməklə İnternet məkanının sonsuz sayda subyekt­lərinin hər birini fərdiləşdirir. Domen adları da xüsusi adlar kimi, əksər hallarda ümumi sözlər əsasında yaranır və məna baxımından həmin sözlə əlaqəsi birbaşa deyil, konstitutiv xarakterə malik olur.

Xüsusi adlar kimi, domen adlarının da əsasını təşkil edən söz­lər hansı nitq hissəsinə aidliyindən asılı olmayaraq substan­tiv­ləşir. Akademik A.Axundovun qeyd etdiyi kimi, “...semantik kon­versiya, demək olar ki, tamamilə onomastika sahəsinə aid olub, daha çox xüsusi isimlərdə özünü göstərir. Odur ki, semantik kon­ver­siya yalnız substantivləşmə ilə məhdudlaşır” {1, s. 147}.

Domen adlarının yaradılması zamanı da bir nitq hissəsinə da­xil olan müəyyən qrup sözlər semantik konversiya nəticəsində aid olduğu nitq hissəsi ilə semantik və qrammatik əlaqələrini itirərək yeni bir nitq hissəsinə çevrilir.

Xüsusi adlar kimi, domen adları da müəyyən edilərkən onun mən­tiqi və kateqoriya uyğunluğu yox, gündəlik tələbatı nəzərdə tutu­lur ki, bu da hüquqi cəhətdən rəsmiləşdirilir. Xüsusi adlarla do­men adlarının daha bir oxşar əlaməti isə qeyd edildiyi kimi, onla­rın müəyyən səbəb və məqsədlərlə əlaqədar yaradılmasıdır. Odur ki, xüsusi adlar kimi, domen adlarının da bir qismi çox məh­sul­dar, işlək, digər bir qismi isə qeyri-məhsuldar olur. Lakin xüsusi adlardan fərqli olaraq domen adlarının uğuru, uzunömür­lülü­yü, ən əsası isə qiymətliliyi onun işləklik səviyyəsindən asılı­dır. Çünki domen adları virtual dünyada ünvan funksiyasını yerinə yetirməklə bərabər, real dünyada da gəlirli bir biznes məhsulu kimi çıxış edir. Hər bir domen alqı-satqı predmeti ola bilər. Azərbaycanda domen adları biznesi yenicə təşəkkül tapmağa başlasa da, bir sıra xarici ölkələrdə bu sahə ənənəvi biznes fəaliyyəti növləri ilə rəqabət aparacaq səviyyədə inkişaf etmişdir. Müasir dünyada bir sıra məşhur domenlərin qiyməti bir neçə milyon dollar arasında dəyişir. Domenlərin əsas satışı təkrar bazarda gedir. Yəni cəmi 5-10 dollar müqabilində qeydiyyatdan keçirilən istənilən domen virtual dünyada uğur qazandıqdan sonra tək­rar bazarda milyonlarla dollar vəsaitə satıla bilər. Cəmi 7 dolla­ra alınan domenin bir müddətdən sonra 7 milyon dollara satılması faktı İnternetin tarixindən məlumdur. Məsələn, «fund.com» adı 10, «business.com» adı hələ 1999-cu ildə 7,5 milyon dollara satılmışdır. Oyuncaqlar mənasını verən “toys.com” adının qiyməti isə 5 milyon dollardan bahadır. İstənilən halda indi dünyada qiyməti 1 milyon dollardan baha olan yüzlərlə domen adına təsadüf etmək olar. Domen adı biznesinin maraqlı cəhəti bundan ibarətdir ki, burada heç bir adın perspektivini irəlicədən görmək mümkün deyildir. Qeydiyyatdan keçirilən domen adının nə qədər uğurlu olduğunu daim gələcək göstərir {6.}.

Azərbaycanda domen adlarının qara bazarındakı dinamikanın və domen adlarının qiymətinin hələlik bir o qədər də yüksək olmaması isə iki səbəblə izah edilə bilər. Birincisi, ölkəmizdə İnternet mühiti hələ xaricdəki qədər inkişaf etməmişdir. Digər tərəfdən, domen adlarının uğurunu təmin edən ən başlıca amil onun bütün dünyada tanınmasıdır ki, “.az” domenləri də bu baxımdan hələ “.com” qədər məşhurluq qazana bilməmişdir. Bununla belə, qiyməti bir neçə min manata çatan domen adları artıq Azərbaycanda da yenilik sayılmır. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin açıqladığı məlumata görə, son illərdə “.az” domen adlarına meyl sürətlə artmaqdadır. 14 aprel 2012-ci il tarixinə olan məlumata görə, “.az” domen zonasında artıq 14000 domen adı qeydiyyatdan keçmişdir. Bu isə son illərdə 2-3 dəfə artım deməkdir {7.}.

Domen adlarının alqı-satqısında müəyyən məhdudiyyətlər vardır. Bu məhdudiyyətlər, əsasən, xüsusi əhəmiyyəti olan tarixi-coğrafi adlar və ticarət nişanları ilə bağlı domenlərə tətbiq edilir. Sonluğu “.com”, “.edu”, “.org” olan domen adı əgər, məsələn, “cococola.com”, “microsoft.org” kimi ticarət nişanları, eyni zamanda intellektual mülkiyyətdirsə, bu cür domenlər kənar şəxslərə satıla bilməz. “Azerbaycan.com” kimi ümumi xarakterli domen adlarının alınıb-satılmasında elə bir məhdudiyyətin olmaması isə erməni yalanlarına və ölkəmiz əleyhinə təxribatlar törədən digər düşmən qüvvələrə qarşı informasiya müharibəsini dövlət siyasətinin əsas prioritetlərindən elan etmiş Azərbaycan üçün son illər virtual aləmdə bir sıra ciddi problemlər yaratmaqdadır.

İnternet istifadəçilərinə yaxşı məlumdur ki, hər bir istifadəçi İnternetin köməyi ilə hər hansı ölkə, tarixi hadisə, şəxsiyyət və s. haqqında məlumat əldə etmək istəyərkən ilk növbədə müvafiq axtarış sisteminə uyğun açar sözü daxil edir. Yaxud, həmin ölkənin, tarixi faktın, şəxsiyyətin adına uyğun domenlərdən istifadə edir. Məsələn, İnternetə daxil olaraq Azərbaycan dövləti, Dağlıq Qarabağ konflikti, Azərbaycanın bir çox şəhərləri haqqında nə isə öyrənmək istədikdə ilk yazacağımız domen adları, yəqin ki, aşağıdakılar olacaqdır: www.azerbaijan.com, www.baku.com, www.karabakh.com, www.susha.com, www.lachin.com, www.sumqait.org və s. Lakin bu ünvanlara daxil olarkən həmin saytların Azərbaycana heç bir aidiyyəti olmayan ma­teriallardan təşkil olunduğunu, yaxud ilk baxışda hər birimizi heyrətlən­di­rəcək yalanlarla doldurulduğunu görəcəyik. Məsələn, www.sumqait.in­fo saytında azərbaycanlıların Sumqayıtda guya ermənilərə qarşı törətdikləri «soyqırımı» haqqında məlumatlar, yaxud www.karabakh.net saytında qondarma Dağlıq Qarabağ Respublikası haqqında materiallar Azərbaycan həqiqətləri haqqında az-çox məlumatlı olan istənilən oxucunu heyrətləndirəcək. Bu, anti-təbliğatın bir növüdür və əfsuslar olsun ki, erməni lobbisi hələ ötən əsrin 90-cı illərinin ortalarından Azərbaycana qarşı belə bir anti-təbliğat kampaniyasından geniş istifadə etməkdədir. Xarici ölkələrdə yaşayan erməni əsilli iş adamları Azərbaycanın demək olar ki, bütün regionlarının adlarını ikinci dərəcəli domen adları kimi qeydiyyatdan keçirərək hazırda bu domenlərdən müxtəlif məqsədlərlə istifadə etməkdədirlər. Məsələn, www.baku.net domeni 2001-ci ildə Hindistanda, www.baku.co.uk, www.ordubad.com domenləri Honk-Konqda, www.nakhchivan.com domeni 2000-ci ildə İngiltərədə, www.babek.am, www.susha.net, www.sumqait.info domenləri Ashot Amatuni adlı şəxs tərəfındən 2003-cü ildə Yerevanda, www.nakhchivan.net, www.yevlakh.com, www.yevlakh.net domenləri 1999-cu ildə Amerikada alınmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologi­ya­ları İnstitutu Azərbaycana aid coğrafi adları, mədəni tarixi dəyərləri özün­də əks etdirən bəzi domen adlarını onların qeydiyyatçıları ilə birlik­də təqdim etmişdir. İnstitut mütəxəssislərinin üzə çıxarmış olduqları aşağıdakı faktlar ermənilərin daha bir məkrli fəaliyyətinin ifadəsi kimi heç bir şərhə yer qoymur. Çünki həmin saytlardakı informasiyaların kimlərin mənafeyini əks etdirdiyi ilk baxışdan bəllidir:




www.azerbaijan.com

«ENOM İnc.» şirkəti, (Movses Karamanoukian, Los Anceles), Minakumari Periasamy, Malaziya

www.karabakh.com

Vaheek Hacopyan, Kaliforniya ştatı, ABŞ

www.fizuli.com

Gizo Bliadze, ABŞ, Nyu-York

www.nakhchivan.com

«Steller» şirkəti, İngiltərə

www.azer.info

Qriqor Melkonyan, Rusiya

www.lachin.com

Anoosh, İngiltərə

www.karabakh.us

Suren Divanyan, ABŞ

www.sumgait.info

Aşot Amatuni, İrəvan

www.baku.su

Qriqor Melkonyan, Rusiya

www.sharur.com

Emmanuel Beltrando, Fransa

www.nakhchivan.net

Josh Joffe, ABŞ

www.karabakh.info

Karen Vartanesyan, İrəvan {12}.

Bu cür faktların ortaya çıxmasını informasiya müharibəsinin ölkəmiz tərəfindən zəif təşkili kimi dəyərləndirmək düzgün olmazdı. Nəzərə almaq lazımdır ki, İnternetin Azərbaycanın ictimai həyatına hələ yenicə daxil olduğu təxminən 10-15 il əvvəl erməni lobbisi dünyanın inkişaf etmiş ölkələrində artıq çoxdan bu imkanlara sahib idi. Erməni lobbisi domen adlarının informasiya müharibəsində yaradacağı gələcək perspektivi qabaqcadan görürdü. Onu da qeyd etməliyik ki, oxşar problem təkcə Azərbaycan üçün xarakterik deyildir. Domen adlarının seçilməsi və qeydiyyata alınması istiqamətində, bəzi domen zonalarındakı liberal məhdudiyyətlər nəzərə alınmazsa, demək olar ki, tam sərbəstlik və bu sərbəstliyin bir çox işbazlar üçün yaratdığı imkanlar bir sıra kommersiya qurumlarının, intellektual mülkiyyət sahiblərinin də əsaslı narahatlığına səbəb olur. Məsələn, son illərin təcrübəsində domen adlarının xüsusi alverçilər - kiberskvotterlər tərəfindən ələ keçirilərək, sonradan baha qiymətə satılmasına dair onlarla fakt mövcuddur. Domen fırıldaqçıları - taypskvottinqlər isə məşhur adlara yaxın domen adları tapır (məsələn, «panasonic - panasonik», «kommersant.ru - commersant.ru» və s.) və bu yolla pul qazanırlar {11.}.

Amma Azərbaycanın milli-mənəvi dəyərlərini, coğrafi adlarını özündə əks etdirən domenlərin sırf fırıldaqçı və alverçilər tərəfindən mənimsənildiyini düşünmək sadəlövhlük olardı. Aydın məsələdir ki, Azərbaycan adları altında yaradılan domen adlarının əsl mahiyyəti başqadır və bu, ölkəmizə qarşı antitəbliğat kampaniyasının əsas istiqamətlərindən birini təşkil edir.

Domen adları üzərində qurulan bu cür kampaniyalar, əsasən, iki formada tətbiq edilir. Birinci halda, məsələn, Azərbaycana aid domen adları altında fəaliyyət göstərən veb-resurslarda Azərbaycana qarşı əks-təbliğat kampaniyası aparılır. İkinci halda isə Azərbaycana məxsus məşhur adların əks olunduğu veb-saytlar məşğul edilərək donuq vəziyyətə salınır. Başqa sözlə, domen adı «öldürülür» və ölkə ətrafında informasiya blokadası yaradılır.

Virtual məkanda bu cür prosesləri tənzimləməkdən ötrü beynəlxalq səviyyədə qəbul olunmuş sənəd və mexanizmlər olmamış deyildir. İnformasiya cəmiyyəti məsələlərinə həsr olunmuş dünya sammitlərinin sənədləri (Cenevrə - 2003, Tunis -2005), BMT-nin XI Konqresi (aprel, 2005), Avropa Şurasının «Kompüter cinayətkarlığı ilə mübarizə haqqında» Konvensiyası, WIPO (Ümumdünya İntellektual Mülkiyyət Təşkilatı) və İCANN tərəfindən hazırlanmış «Domen adları üzrə mübahisələrin araşdırılması üzrə vahid siyasət və Qaydalar»ı (UDRP) buna misaldır. WIPO, İCANN, Avropa Şurası, BMT kimi müvafiq qurumlara müraciət etməklə, virtual məkanda Azərbaycan adlarına təcavüz etmiş adamlara qarşı mübarizə aparmaq mümkündür. Belə ki, zəbt olunmuş domen adlarının qaytarılması ilə bağlı bəzi şirkətlərin bir neçə dəfə beynəlxalq arbitraj məhkəmələrinə cəlb olunması, onlar tərəfindən qeyri-qanuni ələ keçirilmiş domen adlarının həqiqi sahiblərinə qaytarılması faktları məlumdur. Lakin bunun üçün kifayət qədər mürəkkəb və vaxt aparan prosedurlardan keçmək lazım gəlir. Eyni zamanda İnternetlə bağlı hüquqi mübahisələrin həlli sahəsində münasibətlərin yoluna qoyulmasının özü də bu gün ciddi bir problemdir. İnternet şəbəkəsinin yaratdığı geniş imkanlar insanların düşüncə tərzində, ünsiyyətində, fəaliyyətində və sosial münasibətlərində böyük dəyişikliklərə səbəb olduğu kimi, coğrafi sərhədlər çərçivəsində tətbiq olunan beynəlxalq hüquq normaları və ölkə qanunlarını da gücsüz vəziyyətə gətirir. İnternet texnologiyalarının imkanları hesabına formalaşan virtual münasibətləri mövcud qanunlarla tənzimləmək xeyli çətinləşir və bəzi hallarda hətta mümkün olmur. Ona görə də bu gün İnternetin ayrı-ayrı seqmentlərinə münasibətdə dövlət yurisdiksiyasının hüdudları ilə bağlı problemlər müasir hüququn ən mühüm və mürəkkəb məsələlərindən biri kimi çıxış edir. Bu kimi məqamları nəzərə alaraq Azərbaycana aid domen adları ilə bağlı məlum problemin həllində təkcə beynəlxalq hüquq normalarına bel bağlamaq düzgün olmazdı.

Məsələnin məhkəmə qaydasında həllindən başqa, belə domen adlarını satın almaq yolu ilə geri qaytarmaq da mümkündür. Amma bu cür adları satışa çıxaran şəxslər müqabilində külli-miqdarda vəsait tələb etdiklərindən, bu, Azərbaycanın dövlət büdcəsi üçün əlavə yükdür. Mütəxəssislər isə hesab edirlər ki, belə informasiya hücumlarının qarşını almaq üçün ən yaxşı çıxış yolu Azərbaycanın öz informasiya resurslarını genişləndirməsi və təkmilləşdirməsidir. Yəni, Azərbaycanın həmin adları baha qiymətə geri almasındansa, onların əvəzinə yüksək keyfiyyətli yeni saytların yaradılması, orada ətraflı məlumatların yerləşdirilməsi daha məqsədəuyğun olardı. Eyni zamanda virtual məkanda strateji əhəmiyyət daşıyan adlarımız düşmənlərin əlinə keçməmiş, onların domen adı kimi qeydiyyatdan keçirilərək məşğul (bron) edilməsi də təxirəsalınmaz tədbir kimi diqqətdən kənarda qalmamalıdır. Həmin adların dəqiq siyahısının hazırlanması, onların konkret təsnifat qrupları üzrə sistemləşdirilməsi isə müvafıq elmi-tədqiqat institutları və dövlət qurumlarının birgə missiyasıdır.

1   2   3   4   5   6   7   8   9   10   ...   13


База данных защищена авторским правом ©bezogr.ru 2016
обратиться к администрации

    Главная страница