AZƏrbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu dиlчиlиk иnstиtutunun яsяrlяrи «Елм вя тящсил»



страница11/13
Дата01.05.2016
Размер1.55 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   13

2) İctimai-iaşə sahəsində: Mağaza axşam saat 21-ə kimi açıqdır.

3) Yol-nəqliyyat xidməti sahəsində: Elmlər Akademiyası stan­si­ya­sı. Ehtiyyatlı olun, qapılar bağlanır.

Bildirişlərin bu növləri həm yazılı, həm də şifahi şəkildə olur. Şif­a­hi şəkildə olan bildirişlər müəyyən texniki vasitələrlə (radio, maq­nita­fon, tel­ev­izor və s.) çatdırılır. Yazılı bildirişlər isə, əsasən, otaqların divar­ları­na, habeb, nəqliyyat vasitələrində aydın görünən yerlərə yazılır. Qısa bil­di­rişlər xəbərdarlıq məzmunlu informasiya vasitələri kimi nəzəri cəlb edir. Ona görə də belə bildirişlərdə başlanğıc, əsas məzmun və ünvan his­sə­lə­ri bütöv yazılır. Qısa və aydın cümlələr şəklində qurulan belə bil­di­riş­lər­də bildirişin başlanğıcı, əsas məzmunu və ünvam adresata konkret şə­kil­də təqdim edilir.

Xəbərdarlıq məzmunlu bildirişlərin, hətta, elə növləri də möv­cud­dur ki, onlarda səsli və ya yazılı informasiyalardan istifadə olunmur. Bun­lar başlıca olaraq yol-hərəkət nişanlarından ibarətdir. Müasir həya­tı­mız­da belə xəbərdarlıqlı bildirişlər həm piyadalar, həm də sürücülər üçün ay­dı­n­dır. Məsələn, küçənin qanunla müəyyən edilmiş yerlərindən keçil­mə­si, dayanma, hərəkətin qadağan olunması, həmçinin sürət məh­du­diy­yə­ti və gediş istiqaməti üçün müəyyən sabitləşmiş yol-hərəkət nişanları pi­ya­da və sürücübr üçün xəbərdarlıq vasitəbridir.

Bildirişlərdəki sonluq-ünvanlar, demək olar ki, elanlardan kəskin dərə­cədə fərqlənir. Burada da sonda bildirişi verən müəssisənin adı və ya tədbirin keçiriləcəyi ünvan göstərilir. Ancaq, elanlardan fərqli olaraq, bildirişlərdə göstərilən ünvana gəlmək üçün istifadə olunan nəqliyyat vasitəbrinin sadalanması şərt deyil. Çünki, qeyd etdiyimiz kimi, bildirişin məzmunu elandakı kimi kütləvi xarakter daşımır.

Elan və bildirişlər müasir sosial həyatımızın, məişətimizin, həm də milli mədəniyyətimizin inkişafı ilə bilavasitə bağlıdır. Elmi-texniki tərəqqi və onun məişət həyatında təzahürü bir sıra kütləvi çağırış vasitələri kimi elan və bildirişlərin də inkişafına öz təsirini göstərir.
Ədəbiyyat


  1. Babayev A.M. Müasir Azərbaycan dilinin funksional üslubları. Bakı, “İşıq”, 2001.

  2. Hacıyev T. Azərbaycan ədəbi dili tarixi (II hissə). Bakı, “Maarif’, 1987.

  3. Azərbaycan dilinin üslubiyyatı (elmi, rəsmi və epistolyor üslublar). Bakı, “Elm”, 1990.

  4. Müasir Azərbaycan ədəbi dilinin işgüzar üslubu. Bakı, “Elm” 2004.

  5. Əfəndiyeva T.Ə. Azərbaycan ədəbi dilinin üslubiyyat problemləri. Bakı, “Nurlan”, 2001.

  6. Babayev A.M. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı, “Təhsil İKM”, 2008.

С.Р.Алиева

Ш.Г.Гасымова

Резюме

Структурно-семантические особенности объявлений и извещений

В статье рассматриваются смысл и содержание, структурные особенности объявлений.


S.R.Aliyeva

SH.Q.Qasimova

Summary

Struktural-semantical features of advertisement and notifications

In the article have been considered the meaning, contents and structural peculiarities of announcements.




M. B. ƏSGƏROV
SÖZÜN YARANMASI VƏ MƏNİMSƏNİLMƏSİ PROSESİ DİL VƏ DƏRKETMƏNİN MİNİMAL VAHİDLƏRİNİN

MODULYATORU KİMİ
Açar sözlər: gerçəklik elementi, intellekt obrazı, mənimsəmə fazası, təfəkkür aktı, intellekt kodu, dil vahidi.

Keywords: an element of the reality, an image of the intellect, a phase of the perception, an act of the thought, the code of intellect, the unit of the language.

Ключевые слова: элемент действительности, образ интеллекта, фаза восприятия, акт мышления, код интеллекта, единица языка.
Bu məqalənin məqsədi: sözün yaranması prosesində dərketmənin minimal vahidlərinin dilin minimal vahidləri şəklində modullaşmasını göstərmək, sözün mənimsənilməsi prosesində bunun tam əksinə olaraq dilin minimal vahidlərinin dərketmətinin minimal vahidlərinə transformasiya olundu­ğu­nu əsalandırmaqdır.

A.A.Leontyevə görə dilin struktur vahidlərinin, yəni nitqi əmələ gətirən sözlərin mahiyyətinin və yaranma mexanizminin araşdırılmasına, ümumiyyətlə, ehtiyac yoxdur. Məhz bu səbəbdəndir ki, Nitq fəaliyyəti nəzəriyyəsinin banisi A.A.Leontyev belə hesab edir ki, elmin müasir səviyyəsində nitqin yaranma mexanizminin modelini müəyyən etmək mümkün deyil ... A.A.Leontyev iddia edir ki, biz psixolinqvistik mövqedə dayanmışıq və bizi nitqin prinsipial quruluşu, onun daxılındə yerləşən tipoloji aspektlər maraqlandırır, nitqi əmələ gətirən fizioloji detallar yox [3, s. 38].

Bizcə, hər şeydən əvvəl bunu nəzərə almaq lazımdır ki, ümumi təkcələrin məcmusudur və onu əmələ gətirən təkcələri anlamadan, bütöv halda ümumini dərk etmək mümkün deyil. Başqa sözlə desək, nitqi əmələ gətirən sözlərin yaranma və mənimsənilmə mexanizmini və prinsipini müəyyənləşdirmədən nə “nitqin prinsipial quruluşu”nu, nə də “onun daxılındə yerləşən tipoloji aspektlər”i müəyyən etmək mümkün deyil.

Bu deyilənlər qoyulmuş problemin nə qədər aktual olduğunu bir daha sübut edir. Bizcə, onun şərhinə dərketmə və təfəkkürün mahiyyətini, onların reallaşma mexanizmini qısaca xatırlamaqla başlamaq daha düzgün olacaqdır.

İnsan beynində baş verən psixoloji proseslər şərti olaraq iki qismə bölünmüş və onlardan birinə dərketmə, ikincisinə isə təfəkkür adı verilmişdir. Əslində bu proseslər həm ayrılıqda, həm də eyni anda və iç içə keçmiş şəkildə də baş verə bilər. Buna baxmayaraq belə hesab olunur ki, ilk növbədə dərketmə prosesi baş verir. Yəni gerçəklik elementi haqqında məlumat qəbul olunur və yadda saxlanılır. Təfəkkür və ya düşünmə prosesi isə, dərketmədən sonra və onun vasitəsilə əldə edilmiş məlumat əsasında reallaşır. Həqiqətən də, əgər gerçəklik elementi ilə bağlı məlumat qəbul edilməsə, təbii ki, onunla bağlı düşünmək də mümükün olmaz.

Psixolinqvistikanın birinci mərhələsi və ya məktəbi hesab edilən biheiviorizm, sanki, müəyyən mənada bu iki mərhələni əks etdirirdi. Belə ki, D.Uotson tərəfindən təklif olunan “stimul-reaksiya” sxemindəki stimul gerçəklik elementi ilə bağlı məlumatın qəbuluna (dərketməyə), reaksiya isə həmin gerçəklik elementi ilə bağlı düşünməyə (təfəkkürə) ekvivalent hesab oluna bilərdi. D.Uotsonun bu sxemi sadəcə sıx ardıcıllıqla cərəyan edən hadisələrdə özünü doğrulda bilirdi, məsələn, günəş batırsa, hava qaralacaq; yağış yağırsa, torpaq islanacaq və s.

Amma bəzən dərketmə və təfəkkür prosesləri arasında uzun zaman fasiləsi ola bilir, məsələn, rəssam bu gün təbiət mənzərəsini görür, bir həftə, bir ay sonra onu təsvir edən sənət əsəri yaradır. Dərketmə və təfəkkür prosesləri arasında fasilənin, xüsusilə də uzunmüddətli fasilənin olduğu halları “stimul-reaksiya” sxemi əsasında izah etmək mümkün deyildi.

Dərketmədən daha sonra baş verən təfəkkür prosesini əks etdirə bilmək üçün Ç.Morris məlum sxemi “stimul-dispozsiya-reaksiya” şəklində təkmilləşdirmişdir ki, bu sxem əsasında da psixolinqvistikanın neobiheiviorizm adlandırılan yeni, ikinci mərhələsi və ya məktəbi formalaşmışdır. Bu sxemdəki stimul gerçəklik elementi ilə bağlı məlumatın qəbuluna (dərketməyə), reaksiya həmin gerşəklik elementi ilə bağlı düşünməyə (təfəkkürə), dispozisya isə dərketmə və təfəkkür arasındakı fasiləyə ekvivalent hesab oluna bilər.

Artıq qeyd edildiyi kimi, dərketmə və təfəkkür prosesləri şərti olaraq beyin aktivliyinin mərhələləri və ya yarımaktları hesab olunur. Belə ki, birinci və ikinci fazalar birinci yarımaktı və ya dərketmə prosesini, üçüncü və dördüncü fazalar isə ikinci yarımaktı və ya təfəkkür prosesini, bütövlükdə dörd faza isə, vahid dərketmə və təfəkkür aktını əmələ gətirir.

Birinci fazada gerçəklik elementiylə təmas (dərketmə baxımından gerçəklik elementi deyərkən, real və ya xəyali əşya, varlıq, hadisə, onların həqiqi və ya təsəvvür olunan əlamət, xüsusiyyət və s. cəhətləri nəzərdə tutulur – daha ətraflı bax: 2, s. 84-93) hiss orqanlarının köməyi ilə baş verir. Məlumatın qəbulu adlanan bu fazada gerçəklik elementi ilə bağlı məlumat müxtəlif yol və üsullarla (vizual, vokal, friktual, attaral və s. – daha ətraflı bax: 2, s.104-105) əldə edilir.

İkinci fazada gerçəklik elemnti ilə bağlı əldə edilmiş məlumat itellekt obrazına (intellekt obrazı deyərkən, hər cür beyin aktivliyinin reallaşmasını təmin edən minimal apellyativ vahidlkər nəzərdə tutulur – daha ətraflı bax: 2, s. 97-98) çevrilir və əsas yaddaşa qeyd olunur.

Bu iki fazanın reallaşması ilə birinci yarımakt və ya gerçəklik elementinin dərk edilməsi mərhələsi başa çatır. Birinci yarımaktın sonunda dərk edilmiş gerçəklik elementi ilə bağlı birinci sıra gerçəklik elementi və birinci sıra intellekt obrazından ibarət olan natamam kod əmələ gəlmiş olur. Natamam kod əsasında yaddaşa qeyd edilən gerçəklik elementi ilə bağlı istənilən təfəkkür prosesi birinci sıra intellekt obrazları vasitəsilə həyata keçirilir.

Belə fərz edək ki, küləyin təsiri ilə pəncərəmizin çirpıldığını və şüşəsinin sinaraq yerə töküldüyünü görürük, yaxud yan otaqdan əvvəlcə tappıltı, sonra isə süsə cingiltisi eşidirik, yaxud da qonşunun mənzilindən əvvəlcə tappıltı, sonra cingilti səsi gəlir.

Hər üç halda müxtəlif dəqiqlik dərəcəsinə malik olan məlumat almış oluruq. Birinci halda bu faktı vizual görmə yolu ilə müşahidə edirik, ikinci və üçüncü hallarda isə vokal eşitmə yolu ilə bu haqda məlumat əldə edirik.

Əlbəttə ki, alınan məlumatın dəqiqliyi, effektivliyi və əyaniliyi baxımından bu üsullar arasında müəyyən fərqlər var. Amma hər halda gerçəklik elementi ilə bağlı məlumat almış oluruq və bu məlumatın yaddaşımıza qeyd olunması ilə dərketmə aktı tamamlanır.

Vəziyyətdən asılı olaraq alınmış məlumatla bağlı verəcəyimiz reaksiya və ya dərketmədən sonra baş verən təfəkkür prosesi tamamilə fərqli ola bilər.

Əgər hadisə öz evimizdə baş veribsə, hadisəyə verəcəyimiz reaksiya və ya onunla bağlı təfəkkür prosesi mütləq şəkildə birbaşa hadisənin dəqiqləşdirilməsi və nəticələrinin aradan qaldırılıması istiqamətində olacaqdır (məsələn, yerə tokülmüş şüşə qırıqlarının yığılması, pəncərənin müvəqqəti olaraq bir örtü ilə bağlanması və onun təmiri istiqamətində görüləcək ilşlərin planlaşdırılması).

Bu hadisə qonşu evdə baş veribsə, təfəkkür prosesi qonşu ilə olan münasibətlərimizdən asılı olaraq müxtəlif istiqamətlərdə baş verə bilər. İstənilən halda təfəkkür prosesinin əsasını birinci və ikinci fazalarda, yəni dərketmə yarımaktında qəbul olunmuş informasiya və ya məlumat təşkil edəcəkdir.

Əgər qonşu ilə münasibətimiz yaxşıdırsa, evinə gedərək və ya zəng vuraraq hal-əhval tutacaq və hadisənin təfərrüatını soruşacaq, köməyimizi təklif edəcəyik. Yəni bu halda dərk edilmiş gerçəklik elementi ilə bağlı təfəkkür prosesi və ondan sonrakı beyin aktivlikləri zəncirvari silsilə ardıcıllığı ilə cərəyan edəcəkdir. Belə bir silsilə daxilində eyni gerçəklik elementi ilə bağlı olan və üçüncü, dördüncü fazalarda reallaşan təfəkkür prosesini ayırıb göstərmək və izah etmək o qədər asan deyil. Bu baxımdan dərketmə və təfəkkür proseslərinin müəyyən zaman fasilələri ilə reallaşdığı vəziyyəti nəzərdən keçirək.

Belə fərz edək ki, qonşu ilə münasibətimiz o qədər də yaxşı deyil. Hadisədən bir neçə gün sonra təsadüfən onunla rastlaşırıq. Belə bir vəziyyətdə ikinci yarımaktdan, yəni üçüncü və dördüncü fazalardan ibarət olan təfəkkür prosesi üçüncü faza ilə başlayır.

Üçüncü fazada gerçəklik elementi ilə bağlı olan intellekt obrazı əsas yaddaşdakı milyonlarla digər intellekt obrazları arasından seçilərək aktiv yaddaşa gətirilir. Başqa sözlə desək, gerçəklik elementi ilə bağlı məlumat xatırlanır və bütün detalları, təfərrüatları ilə operativ yaddaşda tam şəkildə açılır.

Dördüncü fazada gerçəklik elementi ilə bağlı operativ yaddaşa gətirilmiş olan intellekt obrazından beyin fəaliyyətinin növbəti aktında praktik şəkildə istifadə olunur. Nəzərə almaq lazımdır ki, intellekt obrazından iki müxtəlif şəkildə: həm ilkin qəbul edildiyi şəkildə, həm də beyin fəaliyyətinin növbəti aktında istifadə ediləcəyi formaya uyğun olan başqa bir şəklə çevrilməklə istifadə edilə bilər.

Üçüncü və dördüncü fazanın reallaşması ilə ikinci yarımakt və ya gerçəklik elementi ilə bağlı təfəkkür prosesi başa çatır.

Göründüyü kimi, bəzi hallarda, beyin fəaliyyətinin birinci aktının istər dərk­et­mə, istərsə də təfəkkür mərhələsində dilə, nitqə, sözə heç bir ehtiyac duyulmur. Amma bəzən gerçəklik elementi ilə bağlı məlumat verbal yolla, yəni nitq vasitəsilə alına bilər. Bu zaman dərketmənin birinci fazasında aktiv şəkildə nitqdən, yəni yazılı və ya şifahi mətndən istifadə olunur.

Bəzənsə beyin aktivliyinin məqsədi nitq yaratmaq və nitq vasitəsilə məlumat vermək olur ki, bu halda beyin aktivliyinin dördüncü fazasında nitqdən, yəni yazılı və ya şifahi mətndən istifadə olunur.

Bəzən belə bir təsəvvür yaranır ki, nitq vasitəsilə məlumatın qəbulu və ya verilməsi konkret vəziyyətdə və ya konkret şəxslər üçün beyin fəaliyyətinin birinci aktında gerçəkləşir. Əslində belə düşünmək yanlışdır. Çünki nitq vasitəsilə məlumat ala və ya verə bilmək üçün nitqi əmələ gətirən dil struktur vahidləri müstəqil gerçəklik elementləri kimi dərk olunmalı, onlara ekvivalent olan ikinci sıra intellekt obrazları yaranmalı və əsas yaddaşa qeyd edilərək mühafizə olunmalıdır.

Məsələn, mətn şəklində belə bir məlumat daxil olur: Kuller kompüterin vacib hissəsidir. Dörd sözdən ibarət olan bu sadə cümlədə verilən məlumatı başa düşmək üçün kuller, kompüter, vacib, hissə sözləri və eləcə də -in, -si, -dir şəkilçilərinin həm birinci sıra, həm ikinci sıra gerçəklik elementləri müstəqil şəkildə əvvəlcədən dərk edilməli və onlara ekvivalent olan həm birinci, həm də ikinci sıra intellekt obrazları əsas yaddaşda mövcud olmalıdır. Əks halda dörd sözdən ibarət olan bu cümlə ilə verilən məlumat başa düşülə bilməz.

Əslində bu cümlədəki kuller sözü bu sətirləri oxuyan şəxslərin əksəriyyətinə məlum deyil. Həmin şəxslər bu sözü dəfələrlə oxuyub yadda saxlaya bilərlər. Yəni bu sözün 6 hərfdən ibarət kuller şəklində olan yazılışını və ['kʃılr] şəklində tələffüzünü əzbərləyib yadda saxlaya bilərlər. Deməli bu gerçəklik elementinə aid olan ikinci sira gerçəklik elementini və ona ekvivalent olan ikinci sıra intellekt obrazını müvəqqəti olaraq yadda saxlaya bilərlər. Amma, istənilən halda onun mənasını başa düşə bilməyəcəklər.

Başqa sözlə desək, həmin sözün birinci sıradan olan hansı gerçəklik elementini əks etdirdiyini bilməyəcəklər və təbii ki, ona uyğun birici sıra intellekt obrazı yaranmayacaq və nəticədə bu gerçəklik elementi dərk olunmayacaqdır. Məlum olduğu kimi dərk olunmayan gerçəklik elementinə ad verilə bilməz, verilsə belə, həmin ad qısa müddət sonra unudulmağa məhkumdur.

Kuller sözü ilə bağlı əlavə məlumat daxil olur: Kompüterin prosessorunu qızaraq və ya nəmlənərək yanmaqdan və güclü elektromaqnit yüklənmədən qorumağa xidmət edən bu hissə rus dilndə куллер adlanır. Bu söz ingilis mənşəli chilly sözündən əmələ gəlmişdir və mənası sərinləşdirən, soyuğa davamsız, qurudan, ifrat dərəcədə ciddi, zabitəli, rəsmiyyətpərəst deməkdir. Azərbaycan dilində hələ ki, texniki termin olaraq bu sözün qarşılığı yoxdur. Belə hesab edək ki, ona Azərbaycan dilinin qaydalarına uyğun olaraq müvafiq ad verilməsi və ya həmin sözün alınma kimi işlədilməsi haqda qərar verilməsi tələb olunur. Həmin cihaz görünüş etibarı ilə xırda bığcıqları olan ventelyator və ya sərinkeşə bənzəyir. Xırda vintlərlə kompüter prosessorunun və ya əməliyatçısının üstünə bağlanır.

Mətn şəklində daxil olan bu məlumatlar həmin cihazın gerçəklik elementi ilə bağlı tam təəssüratın yaranması, yəni onun birinci sira gerçəklik elementinin dərk olunması üçün kifayət edir. Yəni bu sətirləri oxuyan hər kəsin beynində bir tərəfdən onun xarici görünüşü ilə bağlı əşyavi obrazlar, digər tərəfdənsə xüsusiyyət və fünksiyaları ilə bağlı mücərrəd təsəvvürlər yaranır ki, nəticədə onların məcmusu birinci sıra intellekt obrazı şəklində baş beyində qeyd olunaraq mühafizə edilir.

Gerçəklik elementinin özü dərk olunduqdan sonra ona ad verilə bilər. Sözün yalnız dərk olunmuş gerçəklik elementi ilə bağlı yarandığını akademik Kamal Abdullayev belə şərh edir: “Həm söz, həm cümlə vasitəsi ilə təfəkkürümüz dünya və onun ən müxtəlif çalarlarını... adlandırmağa cəhd edir... ad­­lan­dırdınsa, artıq dərk etdin deməkdir... dərk etməyənə qə­dər isə, adlandıra bilmirsən” (1, s.135).

Akademik Kamal Abdullanın da dəstək verdiyi bu fikir əslində doğru olsa da, bəzən dərk edilmiş gerçəklik elementinə ad vermək o qədər də asan olmur. Məsələn bu cihaza ad verərkən onun bütün cəhətlərini nəzərə almağa çalışsaq onun adı təxminən belə olardı “kompüter əməliyyatçısının quruducu və elektromaqnit tənzinləyici sərinkeşi”. Adın bu qədər uzun olması, təbii ki, qəbul edilə bilməz.

Termin yaradıcılığının yollarından biri kimi qohum dillərdə eyni chaza verilən adlara da istinad etmək olar. Türkiyə türkçəsində bu cihaza “bilgisayar işlemcisinin pervanesi” deyilir. Burada “pervane” sözü sadəcə sərinkeş mənası ilə yox, obrazlı şəkildə “bütün əksikliklərdən və sapmalardan qoruyan” mənası ilə işlənmişdir.

Buna istinadən Azərbaycan dilində həmin cihaza “kompüter əməliyyatçısının pərvanəsi” demək olardı. Amma, məlum olduğu kimi termin yaradıcılığında sözlərin məcazi mənalarından istifadə etmək qəbuledilməz bir haldır. Bu baxımdan həmin cihaza verilən adın qısa olması üçün ona ya “kompüter əməliyyatçısının qoruyucusu”, ya da “kompüter əməliyyatçısının tənzimləyicisi” adı verilə bilər. Amma nəzərə almaq lazımdır ki, “kompüter əməliyyatçısının qoruyucusu” adı ilə bu cihazı elektrik gərginliyinin oynamısından qoruyan və “kompüter əməliyyatçısının tənzimləyicisi” adı ilə həmin chazı mexaniki titrəmələrdən qoruyan başqa bir cihaz artıq var. Buna görə həmin cihaza bu adlardan heç biri verilə bilməz.

Qısalığı təmin etmək üçün həmin cihaza onun mahiyyətini əks etdirməyən və ya qismən əks etdirən şərti ad da verilə bilər. Yaxud da onun ya rus, ya da ingilis dilindəki adı alınma termin kimi işlədilə bilər. Bütün bu axtarışlardan sonra belə bir ümumi qərara gəlmək olar ki, həmin cihazın Azərbaycan dilində də kuller adlandırılması dilin fonetik normalarına zidd deyil və bu şəkildə işlədilməsi mümkündür.

Göründüyü kimi, bu cihaza ad verilməsi məqsədi ilə mümkün olan bütün variantlar nəzər alındı, düşünüldü və son nəticə olaraq qərar verildi. Yəni bu adın qoyulması düşünərək dərketmə və ya sinktual dərketmə yolu ilə baş verdi. Bundan əvvəl isə həmin gerçəklik elementinin bütün xüsusiyyətləri xatırlandı, yada salındı. Yalnız bu cihaza deyil, istənilən gerçəklik elementinə sinktual dərketmə yolu ilə ad verilir (sinktual dərketmənin birinci fazası). Sinktual dərketmədən əvvəl isə, bu dərketməyə hazırlıq mərhələsi baş verir. Yəni ad veriləcək gerçəklik elementi ilə bağlı olan bütün təfərrüatlar xatırlanaraq aktiv yaddaşa gətirilir, tam şəkildə açılır və onlardan əməli istifadə olunur (əvvəlki dərketmə aktının üçüncü və dördüncü fazaları).

Gerçəklik elementinə ad verildikdən sonra həmin ad, bu adı vermiş şəxsin özü tərəfindən (həm də eyni dilin daşıyıcısı olan bütün digər şəxslər tərəfindən) mənimsənilərək yadda saxlanır. Yəni ikinci sıra gerçəklik elementi olaraq yaranan bu ada ekvivalent olan ikinci sıra intellekt obrazı əmələ gəlir. İkinci sıra intellekt obrazı birinci sıra gerçəklik elementinin yaddaşa həkk olunmasını təmin edən birinci sıra intellekt obrazı ilə birləşir və tam kod əmələ gətirir (ikinci faza).



Nəticə olaraq belə deyə bilərik ki, gerçəklik elementinə ad verilərkən birinci sıra intellekt obrazı əsasında ikinci sıra gerçəklik elementi və birinci sira intellekt obrazı əsasında ikinci sıra intellekt obrazı yaranır. Sadəcə adı söylənilən gerçəklik elementinin isə, həm birinci sıra intellekt obrazı, həm də birinci sıra gerçəklik elementi aktiv yaddaşda canlanır. Bu cəhətlər onların qarşılıqlı surətdə əvəzlənə bilməsinin əyani sübutudur.

Ədəbiyyat

1. Abdullayev K. Dilçiliyə səyahət. Dilçi olmayanlar üçün dilçi­lik. Bakı, “Mütərcim”, 2010, 200 s.

2. Əsgərov M. B. Linqvopsixologiya və ya dilin psixologiyası. Bakı, “Elm və təhsil”, 2011, 308 s.

3. Леонтьев А.А. Психолингвистические единицы и порож­дение речевого высказывания. М. : Наука. 1969. 308 с.



Майыл Б. Аскеров

Институт Языкознания Национальной Академии Наук Азербайджана, Баку
Процесс образования и восприятия слова

как модулятор единиц языка и мышления

Резюме

Данная статья основана на теории о лингво-психологической сути порождения и восприятия структурных единиц языка и речи. В отличие от классических психолингвистических теорий, её новизна заключается в том, что здесь, с одной стороны, определяются различия между минимальными единицами восприятия и мышления и минимальными единицами языка и речи. А с другой стороны выясняется возможность модуляции минимальных единиц восприятия и мышления в виде минимальных единиц языка и речи, и наоборот возможности трансформации минимальных единиц языка и речи в минимальные единицы восприятия и мышления.


Mayil B. Askerov

Azerbaijan National Academy of Sciences

The Nasimi Institute of Linguistics, Baku
The process of the creation and adoption as a modulator of the units of the language and the thought

Abstract

This paper is based on the theory of the linguo-psychological essence of the generation and structural units` perception of the language and speech. As opposed to classical psycholinguistic theories its novelty consists of the fact that on the one hand the differences between minimal units of the perception and thought and minimal units of the language and speech. On the other hand the opportunity of the modulation of the minimal units` perception and thought as minimal units of the language and speech, on the contrary, the opportunities of the transformation of minimal units of the language and speech into minimal units of the perception and thought are found out




З. М. АЛИЕВА
ВЗАИМОСВЯЗЬ ФИЛОСОФСКИХ И ЯЗЫКОВЫХ КАТЕГОРИЙ
Açar sözlər: ortaq kateqoriyalar, əşyavilik kateqoriyası, keyfiyyət kateqoriyası, kəmiyyət kateqoriyası, zaman kateqoriyası.

Ключевые слова: смежные категории, категория предметности, категория качества, категория числа, категория времени.

Key words: adjoining category, object category, quality category, number category, tense category
Едва ли имеется что-либо значительнее языка в жизни человека, в становлении и развитии его культуры. Поэтому неудивительно, что в XX веке язык наконец удостаивается внимания не только языковедов, но и философов, логиков, математиков, психологов, психиатров, семиотиков и многих других специалистов. Важность языка, как средства выражения и построения мысли, усмотрение языкового характера в природе самых различных явлений – всё это не могло пошатнуть привычных представлений о разделении труда между исследователями языка (4, 38-42).

Прошло немало времени с тех пор, когда на заре нашего столетия язык был провозглашен не только средством, но и единственным подлинным объектом философского анализа. Наиболее характерным для этого времени было интенсивное применение точных, разработанных в основном в современной философии, средств и методов анализа языка. Бурное развитие и разветвление логических теорий, появление множества новых направлений философских исследований. Почва естественного языка оказалось чрезвычайно богатой для построения новейших теорий познания, для обоснования целых направлений в современном языкознании и философии. Построение научной теории языка – проект, реализация которого связана с наиболее актуальными вопросами современной научной практики, ибо это прежде всего задача моделирования языковых информационных процессов, моделирования языка как средства хранения, передачи и построения информации, какова бы ни была природа его носителей (1, 71-74). Сюда относится и моделирование человеческий способности понимать язык и осмысленно им пользоваться в самых различных повседневных и научных целях. Объяснение этой способности – одновременно и путь к объяснению человеческой способности познания мира и себя как его части.

В этом последнем аспекте задачи научного и философского анализа языка сходятся: раскрытие механизма человеческого познания, соотношения мысли, языка и действительности придаёт философскую значимость научному анализу этого соотношения, а философское его рассмотрение сегодня уже не может учитывать научных его интерпретаций (8, 91-94).

Естественный союз языкознания и философии обязан одному фундаментальному обстоятельству: то, что на самом деле интересует и ту, и другую. В исследовании языка, не лежит на поверхности языка, а скорее является передметом теоретической реконструкцией. Это нечто называется смыслом, а проблема, волнующая науку и философию, это прежде всего вопрос о том, что делает нашу языковую деятельность осмысленной.


1   ...   5   6   7   8   9   10   11   12   13


База данных защищена авторским правом ©bezogr.ru 2016
обратиться к администрации

    Главная страница